Baş Prokurorluq paytaxtda ölümlə nəticələnmiş qəza ilə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan Mynews.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılmayıb.
Qeyd edilən yol-nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı avtomobili idarə etmiş şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb. Həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət edilməyib və bununla əlaqədar məhkəmə iclası keçirilməyib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub