Daxili İşlər Nazirliyi Bakıda ana və övladının avtomobil tərəfindən vurulması haqda məlumat yayıb.
Mynews.az-ın xəbərinə görə, bildirilib ki, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.
Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub