Xaçmaz rayonunda yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.
Mynews.az-ın apa-ya istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Cəmilə Musayeva və Xaçmaz şəhər sakini Etibar Cavadovun rayon ərazisində yaşayış evlərində oğurluq etməsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olub.
Xaçmaz RPŞ-nin, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış bölməsinin, Nəsimi Polis İdarəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb. Onlar Xaçmaz şəhəri, Şıxəli Qurbanov küçəsində Əsli Mərdanovaya məxsus evdən giriş qapısını açaraq qanunsuz evə daxil olmaqla iki ədəd xalça, bir ədəd ətçəkən maşın, bir ədəd çaydan və 15 ədəd stəkanı oğurlayıb. İstintaq zamanı hər iki şəxs törətdiyi əməli etiraf edib.
Faktla bağlı cinayət məcəlləsinin 177.2.1, 172.3 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub