Şəkidə 23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 19 radələrində rayonun Böyük Dəhnə kənd sakini 1994-cü il təvəllüdlü Eşqin Rifahil oğlu Nəbiyev bədənin müxtəlif nahiyələrində bıçaq yarası xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan APA-ya verilən məlumata görə, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Eşqin Nəbiyevə sol çiyin qurşağının və sol böyrək ətrafı nahiyənin kəsilmiş-deşilmiş lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Eşqin Nəbiyev müayinə zamanı qonşusu Vaqif adlı şəxs tərəfindən bıçaqlandığını bildirib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində (ŞRPŞ) araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub