Bu gün saat 10:30 radələrində Oğuz rayonu Padar kənd sakini 1996-cı il təvəllüdlü Rəvanə Nofəl qızı Dadaşova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Mynews.az xəbər verir ki, xəstəxanadan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, müayinə zamanı 21 yaşlı Rəvanə Dadaşovanın intihar etmək məqsədi ilə sirkə turşusu içdiyi məlum olub.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəvanə Dadaşovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Məlumatda o da bildirilir ki, Rəvanə Dadaşova valideynlərinin istədiyi oğlanla ailə qurmasına icazə verməməsinə etiraz edərək sirkə turşusu qəbul edib.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub