Ucarda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Ucar rayonunun Rəstəcə kənd sakini, 1983-cü il təvəllüdlü Nurlan Əjdər oğlu Hüseynovu naməlum avtomobil vurub.
Ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən N. Hüseynova ilkin tibbi yardım göstərilib, daha sonra müalicəsini davam etdirmək məqsədi ilə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Hadisənin hansı şəraitdə və hansı növ avtomobillə törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub