Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, dekabrın 15-i gecə saatlarında iki nəfər naməlum şəxs taksi sürücüsü Tələt Məmmədlinin “Mersedes” markalı avtomobilinə müştəri kimi əyləşərək D.Bünyadzadə küçəsinə gedəcəklərini bildiriblər.
Deyilən ünvana çatanda həmin şəxslər sürücüyə hədə-qorxu gələrək onun avtomobilini əlindən alıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayətin Bakı şəhər sakinləri Natiq Bayramlı və Telman Qasımov tərəfindən törədildiyi müəyyən edilib və onlar tutularaq istintaqa təqdim ediliblər.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin dekabr 17-si digər bir taksi sürücüsü Fərhad Məmmədovu da bıçaqla hədələyərək onun avtomobilini əlindən aldıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən hər iki avtomobilin tapılaraq sahiblərinə qaytarılması təmin edilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub