Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin ümumi həcmi 650 mln. ABŞ dolları təşkil edib.
Mynews.az "Report"-a istinadən xəbər verir ki, Rusiya Bankı (Mərkəzi Bank) açıqladığı statistik məlumata istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 113 mln. dollar və ya 21% çoxdur.
Cari ilin III rübündə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 247 mln. dollar təşkil edib. Bu, illik müqayisədə 36 mln. dollar və ya 17% çoxdur.
Qeyd edək ki, yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 95 mln. dollar vəsait köçürülüb. Bu isə illik müqayisədə 23 mln. dollar və ya 19,5% azdır. Beləliklə, Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən vəsaitin saldosu 555 mln. dollar təşkil edib və illik müqayisədə 136 mln. dollar və ya 32,4% çoxdur.
Rusiyadan MDB ölkələrinə fiziki şəxslərin pul köçürmələrində III rübdə Azərbaycan 5-ci yerdə qərarlaşıb. İlk sırada 1 198 mln. dollarla Özbəkistan, daha sonra 741 mln. dollarla Tacikistan və 626 mln. dollarla Qırğızıstan gəlir. Müsbət saldoya görə də bu 3 ölkə liderdir. Azərbaycan isə III rübdə 220 mln. dollarlıq müsbət saldo ilə 4-cü yerdə qərarlaşıb.
Maraqlıdır ki, Türkmənistan və Qazaxıstan MDB məkanında Rusiyaya xalis vəsait göndərən ölkələrdəndir. 2017-ci ilin yanvar-sentyabr aylarında Qazaxıstandan Rusiyaya xalis pul köçürməsi 489 mln. dollar, Türkmənistandan isə 43 mln. dollar olub.