Malaqa hava limanında tapılan kişi cəsədi ilə bağlı 4 nəfər saxlanılıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, əslən britaniyalı olan 51 yaşlı Stivn Frank Allford adlı kişinin cəsədi oktyabr ayının 21-də səhər saatlarında skamyaya bağlı, soyundurulmuş vəziyyətdə tapılıb.
Dizlərinə qədər soyundurulmuş kişinin arxasına donuz əti dilimləri qoyulub, cinsiyyət orqanı isə konserv qabına atılıb.
Autopsi nəticələrindən məlum olub ki, normadan artıq spirtli içki qəbul edən kişi öz qusuntusunda boğulub.
Cinayətlə əlaqədar saxlanılan 4 nəfərin azı 3 il müddətinə həbs olunması tələb olunur.
Qeyd edək ki, cinayətə səbəb hobofobiya (bomjlardan qorxmaq) duyğusu göstərilir.


1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub