Bakının Binəqədi rayonunda kütləvi dava baş verib.
Mynews.az “Report”-a istinadən xəbər verir ki, Abşeron rayonunun Novxanı qəsəbəsində qonşular arasında düşən mübahisə, Bakının Binəqədi rayonu ərazisindəki Daş bazarında dava ilə yekunlaşıb.
Hadisə Novxanıda sakinlərdən birinin həyətində gördüyü iş üçün avtomobil yolu ilə evinə elektrik naqili ötürməsi, digərlərinin isə maşın ilə həmin naqilin üzərindən keçməsi üstündə baş verib.
Nəticədə 1993-cü il təvəllüdlü Nadirov Elvin İsa oğlu, onun 1995-ci il təvəllüdlü qardaşı Nadirov Emin İsa oğlu və 1994-cü il təvəllüdlü dostları Əhmədov Elməddin Bəylər oğlu döyülərək xəsarət alıb. Zərərçəkmişlərin hər üçü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub