Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib.
Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin mənzilin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan 2500 dollar oğurladığını bildirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Həsən Abdullayev tutulub.
Saxlanılan şəxsin ilkin ifadəsi zamanı zərərçəkmişlə qonşu olduğu müəyyən edilib.
Həsən Abdullayev - saxlanılan şəxs: "Həyətdə dəmir görmüşdüm. Hasardan həyətə düşüb, pəncərədən içəri girdim. Pulu görüb, götürüb çıxmışam".
H.Abdullayevin ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayətinin də üstü açılıb. Şəxsin bu ilin fevralın 28-də Ramana qəsəbəsində daha bir evə daxil olduğu və oradan 450 manat pul, eləcə də 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
1
Azərbaycanlı gəlin toy qızılları ilə yoxa çıxdı - Video
1133 dəfə oxunub
2
Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi - Ölən var
1131 dəfə oxunub
3
ARB-nin yayımı 24 saatlıq dayandırılacaq
1116 dəfə oxunub
4
Sudanda 3 gün ərzində 6 mindən çox insan öldürüldü
945 dəfə oxunub
5
“Neftçi” “Kəpəz”ə qalib gəldi
943 dəfə oxunub