Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat yayılması Bakı Metropoliteninin "28 May" stansiyasının işinə heç bir təsir etməyib.
Mynews.az-ın məlumatına görə, bunu trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, hazırda stansiyada vəziyyət normaldır: "Heç bir sıxlıq qeydə alınmayıb. Stansiya işini normal davam etdirir".
Qeyd edək ki, naməlum şəxs Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə zəng vurub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və xüsusi təlim keçmiş itlər cəlb edilib. Bakı Dəmir Yolu Vağzalı və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları binadan təxliyə edilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub