Bakının Səbail rayonunda 19 yaşlı gənc sevdiyi qıza sataşan oğlanlarla mübahisə zamanı bıçaqlanıb.
Mynews.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, Nizami küçəsində 1998-ci il təvəllüdlü Rəşad Zeynalov sevdiyi qızla Yeni il şənliyi ilə əlaqədar hazırlanmış işıqdan dekorasiya ilə düzəlmiş ərazidə şəkil çəkdirirmiş.
Bu zaman 3 naməlum oğlan mobil telefonla həmin qızın fotosunu çəkirmiş. Bundan əsəbləşən R.Zeynalov onlarla mübahisə edib. Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinənlər ərazidən qaçarkən Səbail RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları onlardan birini saxlaya bilib. Digər şəxslər axtarışdadır.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub