Ağstafa şəhər sakini Habil Nağıyevin yaşadığı evə baxış zamanı 8 kiloqram 884 qram marixuana aşkar edilib.
Mynews.az xəbər verir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Nağıyevin yaşadığı evə baxış keçirilib.
Bu zaman evdə və həyətdə ayrı-ayrı yerlərdə sellofan paketlərdə, kisədə və çantada gizlədilmiş narkotik vasitələr aşkar edilərək götürülüb.
Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisi 8 kiloqram 884 qram marixuana olması barədə rəy verilib.
H.Nağıyev götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.
1
Azərbaycanlı gəlin toy qızılları ilə yoxa çıxdı - Video
1133 dəfə oxunub
2
Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi - Ölən var
1131 dəfə oxunub
3
ARB-nin yayımı 24 saatlıq dayandırılacaq
1116 dəfə oxunub
4
Sudanda 3 gün ərzində 6 mindən çox insan öldürüldü
945 dəfə oxunub
5
“Neftçi” “Kəpəz”ə qalib gəldi
943 dəfə oxunub