“Atamın heç bir banka kredit borcu yoxdur”.
Mynews.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında damarını doğrayan Göyçay şəhər 9 saylı orta məktəbin direktorunun oğlu Röyal Qəribzadə bildirib. O, atasının səhhətinin qaydasına düşdüyünü qeyd edib:
“Atamın vəziyyəti yaxşıdır, özünə gəlib. Onunla görüşmüşük, ancaq həkimlər çox danışmağa imkan vermir. Bizim heç bir banka borcumuz yoxdur. Hamısı yalan söhbətlərdir, buyurub araşdırsınlar. Atamın niyə belə addım atmasının səbəbi sabah məlum olacaq. Bir övlad olaraq danışa bilmirəm, fikirləşirəm”.
Qeyd edək ki, Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov AzNews.az-a açıqlamasında Akif Qəribovun depressiyaya düşdüyünü, bankdan küllü miqdarda kredit götürərək qızına mebel, özünə isə xarici avtomobil aldığını deyib.
Xatırladaq ki, Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib. Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin direktoru Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. O, rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub