Dekabrın 20-də Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib.
APA-nın məlumatına görə, ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasına daxil olan, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirli xəstəxanada dünyasını dəyişib.
Onun öldüyünü eşidən mərhumun qohumları xəstəxanaya hücum edərək mühafizəçini döyüb, qapıları və şüşələri qırıb, xəstəxanada ciddi dağıntı törədiblər.
Hadisə barədə polisə məlumat verilib. Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, məlum bıçaqlanma hadisəsi paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində qeydə alınıb. Kafedə ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.
M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub