Şamaxıda baş vermiş yol qəzasında xəsarət alanların sayı 3 nəfərə çatıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, "VAZ-2107" və "VAZ-21010" markalı avtomobillərin toqquşması nəticəsində daha iki yaralı - birinci maşında olan sərnişinlər - 1972-ci il təvəllüdlü Qobustan şəhər sakini Gülşən Əbilqasım qızı Ağayeva və onun 1994-cü il təvəllüdlü oğlu Ağayev Hilal Məzahir oğlu müxtəlif bədən xəsarətləri ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hilal alın, göz və üz nahiyəsinin sıyrılmış yarası, döş qəfəsinin əzilməsi, anası Gülşən isə sol baldırın 1/3 hissəsinin əzilmiş hematoması xəsarəti alıb.
***18:53
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105 km-də 1 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, Balakən rayon sakininin idarə ediyi "62-BK-829" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn Qobustan rayon sakininin sükanı arxasında olduğu "90-HD-208" dövlət qeydiyyat nişanlı "VAZ-21010" markalı maşınla toqquşub.
Qəza zamanı ikinci avtomobildə olan sərnişin, 1962-ci il təvəllüdlü Zaqatala rayon Yuxarı Çardağlar kənd sakini Gülayeva Laləndə Davud qızı yaralanıb. O, "təcili yardım" avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan verilən məlumata görə, yaralı kəllə-beyin travması ilə Cərrahiyyə şöbəsinə daxil olub, vəziyyəti orta-ağırdır.
İlkin məlumatlara görə, qəzaya qatı duman səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub