Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Nəticədə bu tipli qanunazidd əməllərlə məşğul olmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış zamanı 0,991 qram narkotik maddə hesab edilən heroin aşkar olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq R.Kərimovun yaşadığı evə də baxış keçirilib. Bu zaman oradan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 2 kiloqram 995 qram heroin olması barədə rəy verilib.
Saxlanılan şəxs ifadəsində külli miqdarda narkotik vasitəni qabaqcadan cinayət əlaqəsinə girdiyi şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.
Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub