Dünən Ağdaş rayonunda törədilmiş qətlin səbəbi məlum olub.
Aşağı Zeynəddin kəndində yaşayan 60 yaşlı Dursun Muğumovla ağacla vurub öldürdüyü 51 yaşlı Baxşalı Əliyev qohum olub. Belə ki, D.Muğumov B.Əliyevin qardaşının qayınatasıdır.
İlkin araşdırmalar zamanı məlum olub ki, B.Əliyev "Azərişıq"ın yerli idarəsində nəzarətçi işləyib. O, elektrik enerjisi sərfiyyatına görə yaranmış borc səbəbindən qardaşının qayınatasının xəttini kəsib. Bundan əsəbiləşən 60 yaşlı kişi ağac parçası ilə idarə işçisinə hücum edib və onun başına zərbə endirib.
Ağır xəsarət alan 51 yaşlı B.Əliyev xəstəxanaya aparılıb və orada ölüb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub