Şəkidə 80 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb.
Mynews.az-ın məlumatına görə, bu gün saat 15:50 radələrində Oğuz rayonu Baş Daşağıl kənd sakini, 1937-ci il təvəllüdlü Xanım Abdulrəhim qızı Soltanəliyeva ağır yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 80 yaşlı X. Soltanəliyevanın Şəki rayonu Kiçik Dəhnə kəndinin inzibati ərazisindəki fəaliyyət göstərən fermanın həyətindəki zibil yanan quyuya ehtiyatsızlıqdan yıxılaraq ağır yanıq xəsarətləri aldığı məlum olub.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X. Soltanəliyevaya bədəninin 2-3 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub. O, həkimlərin səyinə baxmayaraq ötən gün axşam saat 19:30 radələrində aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib. (Apa)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub