Abşeron rayonu ərazisində bıçaqlanma olub.
Mynews.az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, hadisə Məhəmmədi qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əsədov Nahid Azad oğlu kürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
N.Əsədov mübahisə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Məlumata görə, o, azyaşlı övladını məktəbdən evə gətirən zaman tanımadığı bir sürücü idarə etdiyi "VAZ 2107" markalı avtomobili uşağın üstünə sürərək onu qorxudub. Bundan qəzəblənən Nahid həmin adamla mübahisə edib və nəticədə bıçaqlanıb.
Hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub