Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatı aşkarlanıb.
Mynews.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiya Federasiyası istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı həmin nəqliyyat vasitəsində sürücü oturacağının arxa hissəsində asılmış gödəkcənin cibində gömrük nəzarətinə bəyan olunmayan bir ədəd bağlamada ümumi çəkisi 181,12 qram olan zərgərlik məmulatı - 9 ədəd sırğa cütü və üzük dəsti, 6 ədəd üzük və 2 ədəd sırğa tayı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub