“Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Babur Hüseynov tanınmış teleaparıcı Cəlalə Nəzəroğlunun yaxın qohumudur.
Mynews.az-ın məlumatına görə, teleaparıcı bu barədə Facebook səhifəsində post yerləşdirib.
Cəlalə Nəzəroğlu Babur Hüseynovun tapılması, sağ-salamat geri qayıtması üçün hamıdan dua etməsini istəyib.
“Ömrümdə ilk dəfə çox insanın eyni vaxtda dua etməsinə ehtiyac duyuram. Və bunu sosial şəbəkədən yazıram. İtən alpinistlərdən biri mənim əzizimdir. Ölməməsi üçün dua edin, nə olar. Hamısı üçün dua edin”, - deyə Cəlalə Nəzəroğlu qeyd edib.
Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.
Onu da bildirək ki, Cəlalə Nəzəroğlu Xəzər TV, ANS TV-də çalışıb. O hazırda ASAN Radioda fəaliyyət göstərir. (BAKU.WS)



1
Azərbaycanlı gəlin toy qızılları ilə yoxa çıxdı - Video
1133 dəfə oxunub
2
Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi - Ölən var
1131 dəfə oxunub
3
ARB-nin yayımı 24 saatlıq dayandırılacaq
1116 dəfə oxunub
4
Sudanda 3 gün ərzində 6 mindən çox insan öldürüldü
945 dəfə oxunub
5
“Neftçi” “Kəpəz”ə qalib gəldi
943 dəfə oxunub