Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
DSX mətbuat mərkəzindən Mynews.az-a bildirilib ki, Cəlilabad rayon Edişə kəndindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə İran vətəndaşları ilə əlbir olmuş cinayətkar dəstə tərəfindən külli miqdarda ağır tərkibli narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Əməliyyat zamanı Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Alışov Aqil Həsən oğlu 1 kiloqram həşiş, 7 kiloqram 445 qram tiryək və 5 kiloqram 345 qram heroinlə saxlanılıb.
Cinayətkar dəstənin digər üzvləri sərhədçilərin qanuni tələblərini icra etmədən havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək hadisə yerindən qaçmağa müvəffəq olublar.
Həmin şəxslərin yaxalanması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub