Zərdab rayon sakini Araz Əliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluğun olması barədə məlumat verib.
Mynews.az-ın ARB TV-yə istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının ticarət obyektinin maliyyə təsərrüfatına baxış zamanı, 65 min manat dəyərində tütün məmulatının oğurlandığı müəyyənləşdirilib.
Faktla bağlı aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər - Mayıl Əsədov və Abdulla Kərimov saxlanılıb.
Araşdırmalar zamanı Mayıl Əsədovun işlədiyi mağazadan tanışı Abdulla Kərimovla birgə 2015-ci ilin yanvar ayından etibarən hissə-hissə 65 min manat dəyərində tütün məmulatını oğurladıqları məlum olub. Hər iki şəxs həmin məmulatları dəyərindən ucuz qiymətə satdıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub