Könüllülər alpinistlərin axtarışına başlayıblar.
Mynews.az bildirir ki, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyindən verilən məlumata görə, 150-dən artıq müraciət edərək, alpinistlərin axtarışına kömək etmək üçün hazır olduqlarını bildirib.
Bütün müraciətlər diqqətlə nəzərdən keçirilib, yalnız peşəkar bacarıqları, eyni zamanda yerli dağ relyefi və hava şəraiti ilə tanışlığı nəzərə alaraq axtarış üçün uyğun olan 10 nəfər seçilib:
“Seçilmiş şəxslərin ilk qrupu bütün lazımi avadanlıqla təmin olunub və axtarış aparılan zonaya yola salınıb. İkinci qrupun da yola salınması üçün hazırlıqlar davam edir. Bütün bu fəaliyyətlər aidiyyatı dövlət orqanları ilə koordinasiya olunur.
Müxtəlif formada bu təşəbbüsümüzə dəstək verənlərə təşəkkürümüzü bildiririk. Bu andan etibarən axtarışa qoşulmaq istəyənlərin tərəfimizdən qəbulu dayandırılır. Dövlət orqanlarının və könüllülərin birgə səyləri nəticəsində gənc alpinistlərin tezliklə tapılacağına inanırıq”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub