Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Gömrük Komitəsindən Xeberle.com-a verilən məlumata görə, İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn iki Azərbaycan vətəndaşının idarə etdikləri avtomobillərə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobillərdən birinin salonunun örtüyündə 900 ədəd, digərinin oturacaqlarında və qapısında 309 qutu pirotexniki vasitə aşkar olunub.
"Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının üzərində gömrük nəzarəti zamanı isə 32 qutu pirotexniki vasitə aşkarlanıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub