Ağstafada Gəncə sakinin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Mynews.az report-a istinadən məlumat verir ki, rayonun Xatai kəndində qətlə yetirilən Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyev bıçaqlanaraq öldürülüb.
Belə ki, meyitin boğaz nahiyəsində bir, kürək nahiyəsində isə bir neçə bıçaq xəsarətləri olub. Qətlə yetirilmiş şəxsə məxsus olan "VAZ-2104" markalı avtomobil meyitin aşkar edilmiş yerdən təxminən 1,5 kilometr kənarda yandırılıb. Kənd sakinlərinin dediyinə görə, qətlə yetirilən şəxs "Embawood" fırmasında çalışır.
Hadisəni törədən şəxs və ya şəxslər qətli törətdikdən sonra ərazidən uzaqlaşmazdan əvvəl avtomobilin içərisində olan malları götürüb daha sonra maşını yandırıblar.
Qeyd edə ki, hadisə törədilən ərazi kəndin əkin sahələrinə yaxın olun və yaxınlıqda yaşayış yoxdur.
Hazırda hadisə ilə bağlı Ağsatafa rayon Prokurorluğunda 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub