Sabirabadda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi bəlli olub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, “Mercedes” markalı 90 DO 551 dövlət nömrə nişanlı avtomobili idarə edən Əhmədov Əjdər hadisə yerində ölüb.
“Mercedes”in sərnişinləri Saatı sakini, 1962-ci il təvəllüdlü Tarverdiyev Ağamoğlan, 1988-ci il təvəllüdlü Tarverdiyeva Elvira Mehriban qızı, 1988-ci il təvəllüdlü Tarverdiyev Müşfiq Atamoğlan oğlu, “Azsamand” markalı 90 UR 412 dövlət nömrə nişanlı avtomobili idarə edən avtomobili idarə edən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hüseynov Hüseyn, sərnişin 1997-ci il təvəllüdlü Salmannov Səməd Tahir oğlu, daha 4 nəfər yüngül xəsarət alıb.
Xəsarət alanlardan 3 nəfəri azyaşlı uşaq olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
****
Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayon Nizami kəndi ərazisindən keçən hissəsində baş verib.
Qəzanın təfərrüatları müəyyənləşdirilir.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub