Türkiyənin İstanbul şəhərində qanuni oğru "Rəşad Gəncinski" kimi tanınan avtoritet Rəşad İsmayılov bıçaqlanıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, hadisə "Lotu Quli" kimi tanınan azərbaycanlı avtoritet Nadir Səlifovun evində baş verib. Yemək masası arxasında İlham Hacıyev adlı avtoritetlə mübahisə edən Rəşad İsmayılov bıçaq yarası alıb. Bu hadisədən sonra "Lotu Quli" hər iki tərəfi sakitləşdirib.
Məlumata görə, "Rəşad Gəncinski" İlham Hacıyevin ünvanına nalayiq söz deyib. Bundan sonra, İ.Hacıyev bıçağa əl atıb. Xatırladaq ki, İlham Hacıyev qanuni oğru adı almayıb. Verilən məlumata görə, yaxın günlərdə onun "Lotu Quli" tərəfindən taclandırılacağı gözlənilir.
Onu da xatırladaq ki, "Rəşad Gəncinski" Abxaziyanın Suximi şəhərində də bıçaqlanmışdı.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub