Bərdə rayonunda orta yaşlı kişi özünü xəstəxananın pəncərəsindən yerə atıb.
Mynews.az report-a istinad'n xəbər verir ki, Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan Vəliyev Marif Hüseyn oğlu tibb müəssisəsindən qaçmaq məqsədi ilə birinci mərtəbədən yerə atılıb.
Bu zaman xəstənin başı yerə dəydiyindən o, ağır kəllə-beyin travması alıb. Yaralı bu dəfə Reanimasiya şöbəsinə yerləşdiriləsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Xəstəxanadan verilən məlumata görə, Marif Vəliyev ilk öncə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən yol kənarında yıxılmış vəziyyətdə tapılaraq xəstəxanaya gətirilib. Özünü normal aparmayan xəstə həkim nəzarətinə götürülərək Travmatologiya şöbəsinə yerləşdirilib. Məhz bundan sonra xəstə gecə saatlarında müalicə aldığı palatanın pəncərəsini açaraq qaçmağa cəhd göstərib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub