Gürcüstanın paytaxtı Tiflisdə yol-qəza hadisəsi nəticəsində həlak olan 5 azərbaycanlı gənc bu gün Sadaxlı kəndində torpağa tapşırılıb.
Mynews.az teleqraf.com-a istinadən bildirir ki, dəfn mərasimində Sadaxlı, eləcə də ətraf kəndlərin sakinləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin ikinci katibi Fəxri Hacıyev və digər şəxslər iştirak ediblər.
F. Hacıyev Azərbaycan hökuməti adından həlak olanların ailələrinə başsağlığı verib, səbr diləyib.
Xatırladaq ki, dekabrın 31-də Yeni ili qeyd etmək üçün Tiflisə gedən Sadaxlı kənd sakinlərinin olduğu "Lada" markalı avtomobil Rusiyadan Ermənistana gedən "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Lada"dakı sürücü və sərnişinlərin hamısı dünyasını dəyişib. "Mercedes"də olanlar isə ciddi xəsarət almayıblar. Dünyasını dəyişən 21 yaşlı azərbaycanlılar vaxtı ilə eyni sinifdə oxuyublar.
Qeyd olunur ki, son illər həm Sadaxlıdan, həm də qonşu kəndlərdən Ermənistana uzanan magistral yolda Ermənistan vətəndaşlarının sürət həddini aşması nəticəsində tez-tez yol-qəza hadisəsi baş verir.




1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub