Şamaxı rayonunda kişi yeni ailə qurduğu həyat yoldaşını döyərək ona ciddi xəsarət yetirib.
Mynews.az xəbər verir ki, “Report”un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Meysəri kəndində baş verib.
Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva həyat yoldaşı tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın Cərrahiyə şöbəsindən “Report”a verilən məlumata görə, xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Cərrahiyə əməliyyatı olunan xəstənin vəziyyətini həkimlər kafi kimi qiymətləndirirlər.
Məlumata görə, Z.Əlqəmbəyeva 15 gün öncə ikinci dəfə ailə qurub.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub