Dünyaya qız övladı gətirən aparıcıya ağır itki üz verib. Bir aydır ki, vəziyyəti pis olan uşaq dünyasını dəyişib.
Mynews.az primetime.az-a istinadən xəbər verir ki, G.Məmmədova Facebook hesabında şəkil paylaşaraq üzüntüsünü belə dilə gətirib: “Sonra bir gün hər kəs sevdiyinə qovuşacaq dedilər. Başladıq ölümü gözləməyə”.
Dostları aparıcıya başsağlığı verərək ona səbr diləyiblər.
Qeyd edək ki, G.Məmmədova 2015-ci ildə Özgün adlı türkiyəli iş adamı ilə ailə qurub. O, müsahibələrindən birində övlad sahibi olmaq istədiklərini, lakin bu mövzuda bir az problemlər yaşadığını, depressiyaya düşdüyünü bildirmişdi.
O, ANS telekanalında “Kamerton”, “Xonça” kimi proqramlara aparıcılıq edib.

1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub