Quba rayonu istiqamətində itkin düşmüş “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Mynews.az-ın məlumatına görə, Oxu.Az-ın hadisə yerinə ezam olunmuş əməkdaşı Xınalıq kəndində yerli sakinlərlə görüşüb, onlarla hadisə ilə bağlı söhbət edib.
Kənd sakinləri bildiriblər ki, alpinistlər qar uçqunu altında qala bilərlər.
“Əgər özləri ilə ərzaq götürüblərsə və mağaraya düşüblərsə sağ qala bilərlər, baxmayaraq ki, hadisədən 10-12 gün keçib”, - yerli sakinlərdən biri deyib.
Bildirilir ki, alpinistlərin itkin düşdüyü vaxt güclü çovğun olub.
Yerli sakinlər əlavə ediblər ki, qarın əriməsi may ayına qədər çəkə bilər.
Mövzu ilə əlaqədar daha ətraflı videosüjeti təqdim edirik:
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub