Filippindəki "Əbu Səyyaf" terror qruplaşması Almaniya vətəndaşı Yurgen Qustav Kantnerin edam videosunu yayıb.
Mynews.az Associated Press-ə istinadən bildirir ki, videoda diz çökdürələrək oturdulmuş Kantner görünür. O, "Bu adam az sonra məni öldürəcək" deyir. Bir qədər keçir, Kantnerin yanında durmuş terrorçu yaşlı almanın başını kəsir. Terrorçular "Allahu əkbər!" qışqırırlar.
"Əbu Səyyaf" qruplaşması Kantneri azad etmək üçün 30 milyon peso, yəni 605 min dollar tələb edirdi.
Y.Kantner 2016-cı ilin noyabr ayında Malayziya sərhədləri yaxınlığında arvadı ilə səyahətdə olanda "Əbu Səyyaf" terrorçuları tərəfindən oğurlanmışdı. Terrorçular Filippinin cənubunda Kantnerin "Rockall" yaxtasına hücum etmişdilər. Hücum zamanı Kantnerin arvadı qətlə yetirilmişdi.
Bir müddət əvvəl Kantneri Somalidə dəniz quldurları da girov götürmüşdülər.
"Əbu Səyyaf" qruplaşması hazırda 27 nəfəri girov saxlayır. Girovlar yerli sakinlər və əcnəbilərdir.
Philippine Daily Inquirer bildirir ki, "Əbu Səyyaf" qruplaşması Y.Kantnerin azad edilməsi üçün pulun çatdırılmasına son vaxt kimi fevralın 26-nı göstərmişdi.
Video yayılandan sonra Filippin ordusu "Əbu Səyyaf"a qarşı genişmiqyaslı antiterror əməliyyatına başlayıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub