Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, sürət həddi 120 km/saat olan aeroport yolunda hələlik şəxsiyyəti məlum olmayan təxminən 60-65 yaşlı kişi piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu “Jeep” markalı avtomobil vurub.
Piyada hadisə yerində ölüb. Qəzanı törədən sürücü idarəetməni itirdiyindən yolda hərəkətdə olan iki “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə “Jeep” deformasiyaya uğrayıb. Hadisəni törədən sürücü xəsarət alıb. Təcili tibbi yardım xidməti sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərib.
Baş verən qəza ilə bağlı əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub