"Rahat" marketlər şəbəkəsinin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7 ünvanında (Papanin) yerləşən filialında oğurluq hadisəsi baş verib.
Mynews.az "Report"a istinadən bildirir ki, hadisə yanvar ayının 2-də gecə saat 04:21 radələrində qeydə alınıb.
Təqribən orta yaşlı naməlum şəxs Hərbi Hospitalla üzbəüz yerləşən marketin şüşəsini daşla qıraraq içəri daxil olub. Özü ilə 29 ədəd siqaret, 8 ədəd saqqız, 2 energetik içki və bir kassa aparatını götürən şəxs ərazidən uzaqlaşıb.
İlkin qiymətləndirməyə görə, market sahibinə 337 manat dəyərində maddi ziyan dəyib
Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə məlumat verilib. Ərazidə olan hüquq-mühafizə orqanları əməkdaşları marketdən təqribən 30 metr aralıda oğurlanmış kassa aparatını yararsız vəziyyətdə aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub