Mərhum tanınmış meyxanaçı Bayram Kürdəxanlının (Bayramqulu Quliyev) anası 1934-cü il təvəllüdlü Səkinə Quliyeva dünyasın dəyişib.
Mynews.az unikal.org-a istinadən xəbər verir ki, Səkinə Quliyeva uzun sürən xəstəlikdən sonra dünyasın dəyişib.
Mərhum bu gün saat 14:00-da Kürdəxanı qəbiristanlığında, oğlu Bayram Kürdəxanılının yanında dəfn olunacaq. Xatırladaq ki, ötən ilin avqust ayının 23-də toy mərasimindən evə qayıdan meyxana ustası Kürdəxanı qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub.
Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub