Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən şəxslərin aşkarlanması istiqamətində fəaliyyət davam etdirilir.
Mynews.az bildirir ki, DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, bu il yanvarın 4-də həyata keçirilmiş tədbirlər nəticəsində sərhədçilər tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlarla Bakı-London reysi ilə Böyük Britaniyaya getmək istəyən 30.06.1978-ci il təvəllüdlü Cimen Aysegül və övladı, 22.12.2009-cu il təvəllüdlü Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıblar.
Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin 01.01.2018-ci il tarixdə İstanbul-Bakı reysi ilə Azərbayacana gəlmiş İran vətəndaşları - 06.12.1979-cu il təvəllüdlü Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı 21.03.2009-cu il təvəllüdlü Pərvəreş Pəniz Əli qızı olması müəyyənləşdirilib.
Qeyd olunan şəxslərin saxta pasportları İstanbul şəhərində tanışları, Məhəmməd adlı İran vətəndaşından 15 000 ABŞ dolları məbləğində pulun müqabilində əldə etdikləri məlum olub.
Hazırda fakt üzrə cinayət işi başlanıb və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub