Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən axtarışda olan və ya cinayət törədərək digər ölkə ərazisində gizlənmək məqsədilə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində fəaliyyət davam etdirilir.
Mynews.az xəbər verir ki, DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu il yanvarın 5-də Azərbaycan vətəndaşı, 25.06.1980-ci il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.
Aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub