Daxili İşlər Nazirliyi Abşeronda törədilən qətllə bağlı məlumat yayıb.
Mynews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 8-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində Qax rayon sakini olan qayınanası Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Evdən qızıl əşyaların oğurlanması da müəyyənləşib.
Abşeron Rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla hadisənin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.
Nicat Muradov öldürülən qadının nəvəsidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub