Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az report-a istinadən xəbər verir ki, hadisə Ələt -Astara magistral yolunun 200-cü kilometrliyində rayonun Digah kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Howo Sinotruck-336" markalı, 99 JG 435 dövlət qeydiyyat nömrə nişanlı yük maşını qarşı tərəfdən gələn Mersedes markalı, 10 RN 812 dövlət qeydiyyat nömrə nişanlı maşınla toqquşub.
Qəza nəticəsində hərəkət istiqamətini dəyişən yük maşınının sürücüsü yolun kənarında dayanan insanlara ziyan verməmək üçün nəqliyyat vasitəsini yoldan çıxarıb. Nəticədə beton maneəyə çırpılaraq, su kollektoruna aşıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub