Son günlər davam edən güclü külək fəsadsız ötüşməyib.
Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Oğuz və Şəkidə isə fəsadlar daha çox müşahidə olunub.
Şəkidə daha çox ziyan dağ ətəyində yerləşən evlərə dəyib. Baş Kəldəh və Oraban kəndlərinin sakinləri bir anda başlayan güclü küləyin qarşısında aciz qaldıqlarını bildirirlər. Külək 10-a yaxın evə ziyan vurub. 4 ev isə daha çox təbii fəlakətdən ziyan çəkib.
Küləyin təsirindən Oğuz rayon mərkəzində və Calut kəndində daha çox dağıntılar olub. 16 ailənin məskunlaşdığı binanın dam örtüyü tamamilə dağılıb. Rayonun Calut kəndində ilkin məlumata əsasən 11 ailəyə məxsus yaşayış və köməkçi binalarda külək dağıntılar törədib.
Sakin: "Baxdıq ki, buralar dağılır. Bir az keçdi gördük ki, yenə dağıdır külək".
Sakin: "Külək dəhşətli dərəcədə davam edərək burulğana çevrildi. Sonra da binanın bu hissəsini götürüb apardı".
Faktla əlaqədar Rayon Fövqalədə Hallar komissiyasının tapşırığı ilə bir sıra xidmət müəssisələri gücləndirilmiş iş rejiminə keçib. Fəsadların aradan qaldırılmasına başlanılıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub