Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
ARB TV xəbər verir ki, 54 yaşlı Anjelika Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görəndə polisə müraciət ediblər. Evə baxış keçirilən zaman Anjelika Morozovanın başına sellofan torba keçirilmiş vəziyyətdə meyiti tapılıb.
Hadisə yerində istintaq hərəkətləri həyata keçirilib, əl barmaq izləri götürülüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Tibbi ekspertlər müayinə zaman qadının 3 gün əvvəl boğularaq qətlə yetirildiyini müəyyən ediblər.
Faktla əlaqədar Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən şəxsin və ya şəxslərin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.
1
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
403 dəfə oxunub
2
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
403 dəfə oxunub
3
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
399 dəfə oxunub
4
Bakıda sinif yoldaşını yandıran şagird saxlanıldı
389 dəfə oxunub
5
Müəllimin şagirdi bağışlaması cəzanı yüngülləşdirəcək? – HÜQUQİ RƏY
389 dəfə oxunub