8 yanvar tarixində axşam saatlarında metroda intihar hadisəsi baş verib. Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu qatar "Ulduz" stansiyasına daxil olarkən özünü relslərin üzərinə atıb.
Mynews.az xəbər verir ki, hadisə baş verdikdən sonra bəzi saytlar həmin ana aid olduğu deyilən, əslində isə 3 il əvvəl "Ulduz" stansiyasında baş verən intiharın videosunu yayıblar. Lakin "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, hadisə baş verən vaxt tuneldə 15 nömrəli yeni qatar olub.
Mynews.az hadisənin baş verdiyi zaman çəkilən videonu təqdim edir:
Hadisə nəticəsində həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb. Ölən şəxsin meyiti relslərin üzərindən çıxarıldıqdan sonra qatarların hərəkəti bərpa olub. (Milli.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub