Bakıda metroda sərnişinin halı pisləşib.
Mynews.az-ın verdiyi məlumata görə, hadisə səhər saatlarında metronun "Elmlər Akademiyası" stansiyasında baş verib. Stansiyaya daxil olan sərnişinin platformada halı pisləşib. Daxili İşlər Nazirliyinin Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşlarının səyi nəticəsində halı pişləşən yaşlı sərnişinə ilkin yardım göstərilib və stansiyaya təcili yardım briqadası çağırılıb.
Təcili yardım briqadası həmin şəxsə tibbi yardım göstərib. Məlum olub ki, halı pisləşən şəxs tüfeyli həyat tərzi keçirir və sərxoş vəziyyətdədir. Polis əməkdaşları həmin şəxsi səhhəti normallaşana qədər nəzarətdə saxlayıb. Vəziyyəti normallaşan şəxs stansiyadan uzaqlaşdırlıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının əməkdaşları Trend-ə açıqlamasında bildiriblər ki, halı pisləşən şəxs mütəmadi olaraq metro stansiyalarında, stansiyanın qarşısında sərxoş vəziyyətdə olur və briqada bir-neçə stansiyada ona tibbi yardım göstərib.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub