“Çudo Peçka”nın təsisçisinin 7,3 milyon manatlıq əmlakına həbs qoyuldu

“Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun və onun ailə üzvlərinin əmlakları üzərinə həbs qoyulub.
Mynews.az-ın xəbərinə görə, bu barədə APA-ya vəkil Jana Bağırova məlumat verib.
Qərar Səbail rayon Məhkəməsi tərəfindən verilib.
Üzərinə həbs qoyulan əmlakın dəyəri 7 milyon 300 min manat civarında qiymətləndirilir.
Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ç. Cəlilovu cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç. Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hadisə
- Taxta bazarında baş verən yanğında ölən sahibkarın FOTOSU
- Hacıqabulda yol qəzasında ölən iki nəfər məktəbli olub - ADLAR
- Onlayn alış-veriş edənlər üçün vacibməlumat - Tələyə düşə bilərsiz
- Bakıda avtobusda yeniyetmədən qeyri-etik davranış
- Moskvadan qayıdıb arvadını öldürdü - Xəyanət şübhəsi, gizli “WhatsApp” yazışması
- Bu tarixdən məktəblər bağlanır - Dərs olmayacaq
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda bu ərazidə "xruşovka"lar sökülür - Sakinlərə 400 AZN kirayə pulu və mənzillər veriləcək 1104 dəfə oxunub
- Əhaliyə xəbərdarlıq edildi - Azərbaycanda qış sərt keçəcək 1090 dəfə oxunub
- Şamaxıda Üzüm və Şərab Festivalı keçirilib 1088 dəfə oxunub