Beyləqanda qanlı hadisə törədən Muxtar Mustafayev tutulub.
Mynews.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in “102” Zəng Xidməti Mərkəzinə məlumat daxil olub.
Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.
Ə. Bayramov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimallara əsasən, hadisə qısqanclıq zəminində törədilib.
Araşdırmalarla müəyyən edilib ki, Dünyamalılar kəndində Ə. Bayramovun həmkəndlisi Muxtar Mustafayevlə aralarında münaqişə baş verib və bu zaman M. Mustafayev Ə. Bayramov istiqamətində ov tüfəngindən atəş açmaqla onu yaralayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Mustafayev saxlanılaraq istintaqa təhvil verilib. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng də götürülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub