Bu gün Bakı-Lənkəran sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəstəxanaya yerləşdirilən sərnişinlərin hamısı evə buraxılıb.
Bu barədə BiG.AZ-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. O bildirib ki, Lənkəran-Bakı reysi üzrə hərəkət edən, 85 CA 442 dövlət qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Ürgə kəndi ərazisində hərəkətdə olarkən döngədə qadın sürücünün idarə etdiyi 44 BO 008 dövlət qeydiyyat nömrə nişanlı "KİA" markalı avtomobil onun yoluna çıxıb. Mikroavtobus sürücüsü “KİA”nı vurmamaq üçün maşını sərt şəkildə kənara çəkərkən mikroavtobus aşıb. Nəticədə sərnişinlər yüngül xəsarət alıblar. Bəziləri isə qorxduğu üçün həkimə müraciət edib. Lakin bir neçə saat sonra onların hamısı evə buraxılıb.
Kamran Əliyev bildirib ki, hadisəyə səbəb olan xanım sürücü müayyən edilib, hazırda araşdırmalar davam edir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub